Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Noyabr 2019

Sabirabadda tanınmış bələdiyyə sədrinin evinə basqın edildi

Sabirabad rayonunda bələdiyyə sədrinin evinə basqın edilib.

Hadisə rayonun Qaratəpə kəndində baş verib.

Kənd sakini, Sabirabad rayon Qaratəpə bələdiyyəsinin sədri Fatma Hüseynova bu barədə polisə müraciət edərək bildirib ki, gecə saatlarında onun yaşadığı evə 4 nəfər maskalı şəxs basqın edərək bacısı Tamam Hüseynovanın boyun nayihəsindən vurub.

Daha sonra naməlum şəxslər T.Hüseynovanı otağa çəkərək ağzını yapışqan lentlə bağlayıb, onu döyərək pul tələb ediblər. Bacısının səsinə oyanan F. Hüseynova da maskalı şəxslərin hücumuna məruz qalıb.

Maskalı şəxslər onun da ağzını bağlayaraq bıçaqla hədələyiblər. Ailə üzvlərinin səsə oyandığını görən naməlum şəxslər hadisə yerindən qaçıblar.
65 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
13.11.19, 09:20
AB Çindən daha pisdir!
Go to TOP