Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Noyabr 2019

5 noyabrda gözlənilən hava şəraiti

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:
Bakıda və Abşeron yarımadasında
Noyabrın 5-də səhər yağışın tədricən kəsiləcəyi, günün ikinci yarısında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəçəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 8-11, gündüz 15-17, Bakıda gecə 9-11, gündüz 15-17 dərəcə isti təşkil edəcək.
Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunundan 766 mm civə sütununa enəcək, nisbi rütubət 70-80 faiz olacaq.
Azərbaycanın rayonlarında
Noyabrın 5-də hava əsasən yağmursuz keçəcək, lakin gecə və səhər Lənkəran-Astara zonasında yağış yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 4-9, gündüz 14-19 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti təşkil edəcək.
Tibbi-meteoroloji proqnoz
Noyabrın 05-də Abşeron yarımadasında mülayim gilavar küləyinin arabir güclənəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq yarada bilər.
63 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
13.11.19, 09:20
AB Çindən daha pisdir!
Go to TOP