Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Noyabr 2019

Suriya ordusu Türkiyə ilə sərhəd Qamışlıda yerləşdi

Suriya ordusuna aid briqadalar Türkiyə ilə sərhəd Qamışlı əyalətinin şimalında 60 km boyunca yerləşib.
Suriyanın “SANA” rəsmi saytının verdiyi xəbərə görə, ordu qüvvələri həmçinin Qamışlıda Qəhtaniyyə və Cəvadiyyə qəsəbələrində nəzarəti ələ alıblar, beləliklə, Həsəkədən başlayan 120 km-lik magistral yoluna nəzarəti də öz əllərinə keçiriblər.
Suriya rəsmi saytı ordunun bu fəallığının Türkiyə və ona bağlı terror qruplarının təcavüzü ilə mübarizə istiqamətində olduğunu deyib.
Ordu qüvvələri bu ərazilərdə yerləşdikdən sonra öz qərargahlarını möhkəmləndirib və ətraf bölgələrdə təmizləmə və patrul əməliyyatları həyata keçiriblər.
Ordu qüvvələri bundan əvvəl Qamışlıda Dərbasiyyə, Amuda şəhərlərində və şimal-şərqdə Türkyiə ilə sərhəddə bir neçə qəsəbə və kənddə, habelə Eynul-ərəb (Kubani) və onun bir neçə kəndində yerləşmişdi.
Suriya ordusu qüvvələrinin sözügedən ərazilərdə yerləşməsi əhalidə əminlik yaranmasına və köçkünlərin öz evlərinə qayıtmasına səbəb olmuşdur.
152 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
01.12.19, 08:30
Avro-2020-nin təqvimi
Go to TOP