Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Noyabr 2019

Yəməndə hər 11 dəqiqədə 1 uşaq ölür

BMT çərşənbə axşamı Yəmən əleyhinə müharibənin davamının nəticələri ilə bağlı yaydığı hesabatında uşaqlar barədə dəhşətli bir xəbər verib.
BMT-nin Əlaqələndirici Ofisinin öz Tvitter səhifəsində yaydığı bu məlumatda deyilir: “Yəmən müharibəsi uşaqlara ağır təlafat gətirib. Hər 11 dəqiqədə 1 uşaq ölür.”
BMT-yə bağlı qurum vurğulayıb ki, ölən uşaqların 45 faizi qidasızlıq üzündən can verir.
Qurum müharibədə iştirak edən tərəfləri bir daha beynəlxalq qanunlara riayət etməyə, dinc sakinləri və infrastrukturları hədəfə almamağa çağırıb.
Qeyd edək ki, Yəməndə xalq inqilabının ardınca, Ərəbistan bu ölkəyə qarşı müharibəni başlamışdır və 5 ildir ki, dünyanın gözü qarşısında təcavüzkar Ərəbistan Yəmənə qarşı istədiyini etmiş, ölkəni hər tərəfdən blokadaya almış, bir sıra şəhərləri işğal etmiş, infrastrukturları dağıtmış, yaşayış məskənlərini, bazarları, ictimai məkanları, hətta qaçqın düşərgələrini, sərnişin avtobuslarını, toy və yas mərasimlərini bombalamaqdan çəkinməmişdir.
170 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP