Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Fevral 2014

Sual.nur-az.com-da günün sualı

Fiqhi

Sual: Salam. Mən eşitmişəm ki, dinimizdə baldızla evlənmək düzgün sayılmır. Bu düzdür? Əgər bu haramdırsa onda zəhmət olmasa, şəriət və ağıl baxımdan baldılza evlənməyin haram olmasının dəlili, daha açıq desək iki bacıyla bir vaxtda evlənməyin haram olmasının səbəbini bizə açıqlayın.
Ad: Nazim, Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Xamenei

Cavab:
Bismillahir-rəhmanır-rəhim

Müqəddəs İslam dinində bir zamanda iki bacıyla həyat qurmaq düzgün sayılmır. Bunu da qeyd etmək lazımdır ki, iki və yaxud çox bacıyla həyat qurmaq yəni fərqli zamanlarda olsa eybi yoxdur. Başqa cür desək, əgər bir kişi bir qadınla həyat qursa, o qadınla evli olduğu müddətdə onun bacısıyla həyat qura bilməz, istər həmişəlik həyat qurmuş olsun istərsədə müvəqqəti . Əgər təlaq verdikdən sonra qadının iddə vaxtı tamam olmamışdırsa (iddəsi rici olsa) yenə də onun bacısıyla həyat qurmağa hüququ çatmır. Amma əgər öz həyat yoldaşına təlaq verib, və yaxud vəfat etmişdirsə, onun iddəsi tamam olduqda, onun bacısıyla həyat qura bilər (Tozihul-məsaili mərace, cild 2, məsələ 2390 və 2391).
Bu məsələnin şəri dəlilləri fiqh kitablarında geniş gəlmişdir və burda o dəliləri yazsaq belə, qarşı tərəf bunu başa düşmək üçün lazım olan elmləyə yiyələnmədiyi üçün bu dəlilələri qavraması da mümkün deyil. Bu üzdən məsələnin şəri dəlilini yazmırıq.

Amma məsələyə ağıl baxımından yanaşsaq mümkündür islamda bu evliliyin, yəni bir vaxtda iki bacıyla həyat qurmağın hikmət və fəlsəfəsi aşağıdakı kimi olsun:
Birincisi: Qadının öz hörmətini və şəxsiyyətini qoruyub saxlamaqdır, belə ki, qadının qardaşı qızı və ya bacısı qızıyla evlənmək üçün qadının razılığı şərtdir.
İkincisi: İki bacının bir-birinə bağlı olduqları atifə və məhəbbət üzündən bir-birini daha çox sevirlər, amma bir-birinin rəqibi olduğu zaman, bir-birlərinə olan əvvəlki məhəbbəti qoruyub saxlaya bilmirlər. Beləliklə, bu məhəbbət soyuyur və nəticədə həyatlarına zərbə dəyir. Belə halda ailənin dağılması ehtimalı çoxalır; çünki həmişə onların vücudunda məhəbbət və rəqabət arasında müxalifət əhvalı yaranır. (Nümunə təfsiri, cild 3, səh 368)
Üçüncüsü: Bacının əriylə həyat qurmaq, təbiətən qadınlar bacının ərini özlərinə ən yaxın insan bilirlər və onları ən yaxın qohum-əqraba kimi hiss edirlər, bunun üçün də bu iş cəmiyyətdə qəbul olunmur.
Sonda bu nöqtəni qeyd etmək lazımdır ki, sübut olduğu kimi ilahi hökümlər fəsad və məsləhətləri nəzərdə tutaraq sadir olunmuşdur, amma bunların harada məsləhətli olması və yaxud fəsadın qarşısı alınmasının yerlərini bilmək çətin bir məsələdir; çünki:
Birincisi: Elmin müxtəlif hissələrində çoxlu imkanlara ehtiyac vardır.
İkincisi: Bəşər (insan) elmi baxımdan nə qədər inkişaf etsədə bildikləri, bilmədiklərinin qarşısında, damcının okeanın qarşısındakı kimidir: "Elmdən yalnız bir hissəsi sizə verilmişdir".
İlahi övliyalar tərəfindən bütün hökmlərin fəlsəfəsini açıqlamamaq mümkündür. Lakin ola bilsin ki, insanlar üçün bir çox elmi həqiqətlərin kəşf olmadığından bütün hökmlərin sirlərini demək onlar üçün müəmmalı olardı və bu da insanların nifrətinə düçar ola bilərdi.
İmam Əli (ə) buyurur: "İnsanlar bilmədiklərinin düşmənidirlər"( mizanul hikmət, cild 1, səh 214).
Bunun üçün də İlahi övliyalar insanların dərk etdiyi həddə bəzi şəriət hökümlərinin hikmət və fəlsəfəsinə işarə edirdilər.
Beləliklə, din və şəriətin hədəf və məqsədi, insanları hidayət edib yaxşı elm və əmələ doğru dəvət etmək, çirkin fikir və əməllərdən çəkindirməkdir. Bu hədəf şəriətə əməl etməklə hasil olur, baxmayaraq ki, həkimin nüsxə və dərmanlarının fəlsəfəsini və faydasından xəbərsizdir.
Bunu da əlavə edək ki, möminlərin buna yəqinləri vardır ki, din qanunlarını onlara çatdıran insanların elmlərində heç bir xətaya yol verilməzdir. Bəs bu göstərişlərin xeyirli və təsirli olmasına yəqinləri vardır.

http://sual.nur-az.com/az/
1463 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 10:41
Metroda intihara c