Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Noyabr 2019

“Ərdoğan oğru və yalançıdır” – Bəşər Əsəd

“Terrorçuların İdlibdən çıxarılması üçün siyasi həll işə yaramasa, hərbi varianta üstünlük verəcəyik”.

Bunu Suriya Prezidenti Bəşər Əsəd deyib.

Prezident İdlibdə davam edən əməliyyatların Türkiyə ordusunun nəzarətində olan şimal bölgələrini də əhatə edəcəyini istisna etməyib:

“Siyasi addımlar nəticə verməsə, İdlibdə hazırda davam edən mərhələli əməliyyatlar Suriyanın şimalında da aparıla bilər. Siyasi həllin nəticə verməsini gözləyirik. Bu, baş verməsə hərbi varianta üz tutacağıq, çünki başqa seçimimiz yoxdur”.

Suriya başçısı silahlı kürd qruplaşmaları və Rusiya arasında əldə edilmiş anlaşmaya da diqqət çəkib: “Bu anlaşma Suriya ordusunun şimal-şərq bölgələrinə girməsi üçün əldə edilib. Ərazi bütövlüyümüzü qorumaq ən təbii haqqımızdır. İdlibdə Suriya ordusuna qarşı döyüşən qruplaşmaların hər biri türk ordusunun bir hissəsidir”.

Bəşər Əsəd çıxışında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı “yalançı” da adlandırıb: “Ərdoğan Suriya məsələsində məntiqsiz qərarlar verir və hər kəsə yalan danışır”.
62 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
13.11.19, 09:20
AB Çindən daha pisdir!
09.11.19, 16:35
Polislərə hücum oldu
Go to TOP