Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Fevral 2014

Suriya-Türkiyə sərhədində baş vermiş partlayış nəticəsində 24 nəfər ölüb

Suriya-Türkiyə sərhədində baş vermiş partlayış nəticəsində 24 nəfər ölüb, 40-dan çox insan yaralanıb

Ötən gün axşam saatlarında Türkiyənin Öncüpınar sərhəd keçid məntəqəsinin qarşısında (Türkiyənin Kilis əyalətində) yerləşən Suriyanın Əs-Səlame sərhəd məntəqəsi yaxınlığında törədilmiş güclü partlayış nəticəsində 20 nəfər ölüb, 40-dan çox insan yaralanıb.

Partladıcı quraşdırılmış avtomobil Türkiyə sərhədi yaxınlığındakı Suriyanın Əs-Səlame sərhəd məntəqəsinin qarşısında saat 18.00 radələrində işə salınıb.

Milliyet qəzetinin məlumatına görə, partlayış nəticəsində hadisə yerində 20 nəfər ölüb, daha 4 nəfər xəstəxanaya aparılarkən keçinib, 40-dan çox insan yaralanıb. Ölən və yaralıların Suriya vətəndaşı olduğu bildirilir.

Hurriyet qəzetinin məlumatına görə, Əs-Səlame yaxınlığında Azad Suriya Ordusu və “Əl Qaidə” ilə əlaqəli “İraq və Levantedə İslam Dövləti” radikal qruplaşmasının dəstələri arasında şiddətli döyüşlər gedir.
1204 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı