Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Fevral 2014

Kiyevdə iğtişaşlar zamanı ölənlərin sayı 75-ə çatıb

Ukraynanın paytaxtı Kiyevdə baş verən iğtişaşlar zamanı ölənlərin sayı 75-ə çatıb, tibbi yardım üçün 570-dən çox insan müraciət edib.

“RİA Novosti”nin verdiyi xəbərə görə, bu barədə Ukrayna Səhiyyə Nazirliyinin açıqlamasında deyilir.

Məlumata görə, ümumilikdə, tibbi yardımın alınması üçün 571 yaralı müraciət edib, onlardan 363-ü xəstəxanaya yerləşdirilib. Səhiyyə Nazirliyinin açıqlamasında bildirilir ki, 76 yaralının vəziyyəti ağırdır.

****20.40

Ukraynanın paytaxtı Kiyevdə baç verən iğtişaşlar zamanı ölənlərin sayı 64-ə çatıb. “RİA Novosti”nin verdiyi xəbərə görə, bu barədə Ukrayna Səhiyyə Nazirliyinin açıqlamasında deyilir.

“Kiyev Administrasiyası Səhiyyə Departamentinin operativ məlumatına əsasən, kütləvi aksiyaların başladığı gün - fevralın 18-dən bu vaxtadək 64 nəfər həlak olub”, deyə Səhiyyə Nazirliyinin açıqlamasında bildirilir.

Kiyev Administrasiyası Səhiyyə Departamentinin saytında isə bildirilir ki, saat 15.00-a (17.00) olan məlumata əsasən, məhkəmə-tibbi ekspertiza bürosuna 67 cəsəd gətirilib”./apa/


1199 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP