Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Noyabr 2019

PUA-nın hansı dövlətə məxsus olması araşdırılır- Generaldan açıqlama

İranın sərhədini pozan istənilən təyyarə dərhal vurulacaq.

Bu sözləri İranın hava hücumundan müdafiə qüvvələrinin komandanı, general Əlirza Səbahifərd deyib.

O bildirib ki, pilotsuz uçan aparat (PUA) İranın hava məkanına daxil olan kimi daxili istehsal olan zenit raket kompleksi tərəfindən vurulub. Qeyd edilib ki, İranın düşmənləri kəşfiyyat xarakterli PUA göndərərək strateji obyektlərin yerlərini öyrənməyə çalışırlar, lakin buna imkan verilməyəcək.

General bildirib ki, mütəxəssislər vurulan PUA-nın qalıqlarını araşdırır və onun hansı ölkəyə məxsus olduğunu öyrənməyə çalışırlar.

Xatırladaq ki, dünən İranın Xuzistan vilayətində ölkənin hava sərhədini pozan PUA vurulub. Rəsmi Vaşinqton bəyanatla çıxış edərək PUA-nın ABŞ-a məxsus olmadığını bildirib.
55 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
13.11.19, 09:20
AB Çindən daha pisdir!
Go to TOP