Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Oktyabr 2013

İraqda ardıcıl terrorlarda 66 nəfər həyatını itirib

İraqda bir gün ərzində törədilmiş qanlı terror aktları nəticəsində 66 nəfər həyatını itirib. Bir gün ərzində paytaxt Bağdadda 11 avtomobil partladılıb. Partlayışlar nəticəsində 44 nəfər həyatını itirib, 120-dən çox insan isə yaralanıb, - “Lenta”.

Ölkənin şimalında yerləşən iki şəhərdə də qanlı terror aktları törədilib. Taz-Kurmatu şəhəridə terrorçu kamikadze polis geyimində özünü partladıb. Nəticədə 4 nəfər həlak olub, 27 nəfər isə yaralanıb. Əl-Muavaqiyə şəhərində isə avtomobil insanların üzərinə sürülüb. Sonradan avtomobilin partladılması nəticəsində 15 nəfər həlak olub, 50 nəfər isə yaralanıb.

Bununla da oktyabr ayında İraqda törədilmiş terror aktlarında ölənlərin sayı 390 nəfərə çatıb. 2013-cü ilin əvvəlindən isə terrorda öldürülənlər 5100 nəfər təşkil edib. deyerler.org
1457 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP