Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Noyabr 2019

Boliviya prezidenti istefa verdi

Boliviya Prezidenti Evo Morales ölkədə baş verən kəskin etiraz aksiyalarından sonra geri addım atıb.

Ölkə başçısı Boliviyada yeni prezident seçkilərinin keçiriləcəyini açıqlayıb.

Prezident həmçinin Ali Seçki Məhkəməsinin heyətinin tamamilə dəyişdirilməsinə qərar verib. O, xalqı gərginliyi azaltmağa və hər kəsin mənafeyi naminə zorakılığa son qoymağa çağırıb.

Xatırladaq ki, Boliviyada Evo Morales oktyabrın 20-də yenidən prezident seçilib və müxalifət seçki nəticələrini tanımadığını açıqlayıb. Ölkədə həmin gündən etibarən şiddətli qarşıdurmalar yaşanıb. Bəzi ərazilərdə hüquq-mühafizə orqanları əməkdaşları da müxaliflərin cərgəsinə qoşulub.
168 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP