Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Noyabr 2019

Azərbaycan şəhərində “Mənim eşqim- Ermənistan!” bayraq fleşmobu keçirildi... - FOTOLAR

Görəsən, bu saat neçə məmurumuz bayrağımız altında rüşvət barədə yox, Qarabağ haqda düşünür?...

Dünən axşam - bizlər Bakıda, Gəncədə, Bərdədə, Şəkidə... arın-arxayın gəzərkən, "vatsap"da-filanda boş-boş söhbətlər edərkən, kafelərdə yeyib-içərkən Azərbaycanın işğal altındakı Xankəndi şəhərində Ermənistan və Qarabağdakı erməni dığa və axçikləri tərəfindən fleşmob təşkil edilib.

Moderator xəbər verir ki, separatçı saytların yaydığı məlumata görə, “Mənim eşqim- Ermənistan” adı altında keçirilmiş fleşmobda Xankəndinin mərkəzi meydan və küçələrində işğalçı ölkənin 150 metrlik bayrağı nümayiş etdirilib. Təşkilatçıların bu gün Şuşa və “Tiqranakert” adlandırılmış Şahbulaqda müharibə “qəhrəmanlar”ı və keşişlərlə görüşləri gözlənilir...

P.S. Görəsən, bu saat neçə məmurumuz kabinetində, bayrağımız altında əyləşib bu gün rüşvət, hardan qazanc əldə edəcəyi barədə yox, Qarabağ haqda düşünür?...


193 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP