Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Fevral 2014

İslam peyğəmbərinə hörmətsizlik edən serialın çəkilişi qadağan olundu

Türkiyənin “Samanyolu” telekanalında yayımlanan “Şefkat Tepe” serialının çəkilişləri yasaqlandı. Konya vilayət mərkəzi və rayonlarında serialın çəkilişi üçün verilən icazə Konya valisi tərəfindən ləğv olunub.

Bu qadağaya, serialın 166-cı seriyasında nümayiş olunan İslam peyğəmbəri Həzrət Məhammədə (s) qarşı hörmətsizlik səbəb kimi göstərilib. Bundan başqa bildirilib ki, çəkilişlər təbii sərvətlərin mühafizəsi barədə qanunun çərçivəsinə daxil olan məkanlara ziyan vurur. Həmçinin bildirilib ki, bu yerlərdə təmizlik və restovrasiya işləri aparılacaq.

Xatırladaq ki, Türkiyənin “Samanyolu” kanalında nümayiş olunan “Şefkat Tepe” serialının 166-cı seriyasında İslam peyğəmbərtinə qarşı hörmətsizlik nümayiş olunub./ans/
1083 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber