Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Noyabr 2019

Ermənilər Talışda məktəb tikdi

Nə yazıqlar ki, 30 illik işğal tarixindən hələ lazımi dərs çıxarmadıq...

Xəbər verdiyimiz kimi, işğalçı və separatçı rejimlər Aprel döyüşləri zamanı ən qaynar nöqtələrdən biri olmuş Tərtər rayonunun işğal altındakı Talış kəndindən köçürülmüş erməniləri geri qaytarmağa başlayıblar.

Xankəndidəki separatçı nəşrlərin yaydığı məlumata görə, artıq Talışda yenicə tikilmiş məktəb binası da istifadəyə verilib. Hələlik məktəbdə cəmi 26 erməni uşağı oxuyur.

“Dirçəlmiş Talış öz sakinlərini ana kimi bağrına basır və uşaqlarını qanadları altına alaraq əzizləyir...” – deyə kəndin faktiki icma rəhbəri Vilen Petrosyan Talışdan qaçmış ermənilərin hamısını geri dönməyə çağırıb.

P.S. Düşmənin, heç olmasa, təmas xəttinin lap yanındakı ərazilərimizdə məskunlaşdırma işlərinin qarşısını ala bilmirik...

P.P.S. Nə yazıqlar ki, 30 illik işğal tarixindən hələ lazımi dərs çıxarmamışıq...
236 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP