Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Noyabr 2019

13 noyabrda gözlənilən hava şəraiti

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:
Bakıda və Abşeron yarımadasında
Noyabrın 13-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Səhər bəzi yerlərdə duman, çiskin olacağı, axşam isə yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyinin günün ikinci yarısında arabir güclənəcəyi gözlənilir.
Havanın temperaturu Abşeron yarımadasında gecə 9-11, gündüz 15-18, Bakıda gecə 9-11, gündüz 16-18 dərəcə isti təşkil edəcək.
Atmosfer təzyiqi normadan yüksək 769 mm civə sütunu, nisbi rütubət gecə 75-85, gündüz 55-65 faiz olacaq.
Azərbaycanın rayonlarında
Noyabrın 13-də qərb rayonlarında hava əsasən yağmursuz keçəcək. Axşam bəzi şimal və şərq rayonlarında yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın intensiv olacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 6-11, gündüz 16-21, dağlarda gecə 2-7, gündüz 12-17 dərəcə isti təşkil edəcək.
Tibbi-meteoroloji proqnoz
Noyabrın 13-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.
156 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
01.12.19, 08:30
Avro-2020-nin təqvimi
Go to TOP