Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Noyabr 2019

Ən kiçik müsəlman ölkəsi Myanmanı soyqırımına görə məhkəməyə verdi

"Bizim nəsil gözümüz önündə bütöv xalqın soyqırımı gedərkən heç bir şey etməməyimizdən utanmalıdır..."

Ən kiçik müsəlman ölkəsi olan Qambiyanın Ədliyyə Nazirliyi Myanma rəhbərliyini Rohinca xalqının soyqırımında ittiham edərək BMT Beynəlxalq Məhkəməsində bu dövlətə qarşı iddia qaldırıb.

Bu haqda xarici İslam saytları xəbər verir.

Bu ciddi və digər müsəlman ölkələri üçün ibrətamiz təşəbbüs barədə Qambiyanın eyni zamanda baş prokuror vəzifəsini icra edən ədliyyə naziri Abubakarr Tambadu bazar ertəsi Haaqada 10 insan hüquqları təşkilatının nümayəndələri ilə görüşündə bəyan edib. A. Tambadu “AP”-yə açıqlamasında Myanma və dünyaya belə vəhşiliklər baş verəndə heç kimin uzaq qalmamaq borcu barədə açıq bir mesaj vermək istədiyini söyləyib.

"Bizim nəsil gözümüzün önündə bütöv bir xalqın soyqırımı baş verərkən heç bir şey etməməyimizdən utanmalıdır"- deyə nazir vurğulayıb.
156 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
01.12.19, 08:30
Avro-2020-nin təqvimi
Go to TOP