Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Noyabr 2019

Akara qəti şəkildə dedim: Həm S-400, həm də F-35… - Esper

ABŞ-ın Müdafiə naziri Mark Esper ölkə başçısı Donald Trampın Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana ikinci dəfə məktub göndərməsindən xəbərdar olmadığını qeyd edib.

Bu barədə Esper mətbuat konfransında danışıb.

Esper həmçinin məktubda yer alan Türkiyənin S-400-ləri aktiv etməyəcəyi halda F-35 proqramına qayıda biləcəyinə dair iddialara da münasibət bildirib:

“Belə bir şey eşitmədim. Amma bu, belə bir şeyin olmadığı anlamına gəlməz. Akarla son görüşümüzdə həm S-400-ə sahib olub, həm də F-35 proqramına davam edə bilməyəcəklərini qəti bir şəkildə söylədik. Məncə, bu F-35-lər üçün həddən artıq təhdid təşkil edir və bütün NATO müttəfiqlərimiz də bu məsələdə bizimlə eyni düşünür”.
163 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
01.12.19, 08:30
Avro-2020-nin təqvimi
Go to TOP