Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Noyabr 2019

Ərəbistandan bir heyət Ənsarullah başçıları ilə görüşmək üçün Sənaya gedib

Bir sıra mediaların Riyad və Səna arasında müharibəyə son qoyulması ilə bağlı müzakirələrin başlanmasını xəbər verməsinin ardınca ardınca yəmənli jurnalist Faris əl-Himyəri öz Tvitter səhifəsində Ənsarullah Hərəkatına yaxın mənbəyə istinad edərək bir neçə gün bundan əvvəl Ərəbistanın hərbçilərdən ibarət bir heyətinin Yəmənin paytaxtı Sənaya daxil olduğunu və Ənsarullah başçıları ilə görüşdüyünü deyib.
Jurnalist əlavə edib ki, Ənsarullaha bağlı bir heyət də Ərəbistana səfər etmişdi və bir neçə gün orada qaldı. Bu səfərlər Yəmən müharibəsinə son qoymaq məqsədilə həyata keçirilir.
Bu istiqamətdə Ərəbistan kralının oğlu, müdafiə nazirinin müavini Xalid ibn Salman ibn Əbdüləziz bazar ertəsi günü qabaqcadan elan edilmədən Omanın paytaxtı Maskata daxil olub. Bəzi mənbələr onun bu səfərinin Riyadın Ənsarullahla razılaşma əldə etmək üçün olduğunu iddia ediblər.
140 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
01.12.19, 08:30
Avro-2020-nin təqvimi
Go to TOP