Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Noyabr 2019

Ayətullah Xamenei: İsrailin məhvi, yəhudi xalqının məhvi mənasına deyil

Fələstinə kömək edirik

İslam Peyğəmbəri (s) və İmam Sadiqin (ə) mövlud günü münasibətilə İranın dövlət rəhbərləri, İslam ölkələrinin səfirləri və 33-cü Beynəlxalq İslami Vəhdət İclasında iştirak edən qonaqlar İslam İnqilabınn Böyük Rəhbəri həzrət Ayətullah əl-üzma Xamenei ilə görüşüblər.

Həzrət Ayətullah Xamenei bu görüşdə İslam aləminin bir sıra məsələlərinə, o cümlədən Fələstin məsələsindən danışıb. Çıxışdan Fələstinlə bağlı bir sıra məqamları diqqətinizə çatdırırıq:

* İslam Respublikasında vəhdət həftəsi adı qoyulması məhz adqoyma deyil, siyasi taktika da deyil, bu bir etiqad və qəlbi imandır. İslam Respublikası həqiqi mənada İslam ümmətinin vəhdətinin vacibliyinə inanır.

* Vəhdətin mərtəbələri vardır. Onun ən aşağı mərtəbəsi odur ki, məzhəblər və millətlər bir-birinin əleyhinə çıxmasın. Ən yüksək mərtəbəsi isə odur ki, ortaq düşmən qarşısında əl-ələ versinlər. Bundan da üstünü odur ki, bir-birlərinə kömək etsinlər. Daha üstün mərhələ isə odur ki, bütün İslam dünyası yeni islami siviliziyasiyaya çatmaq üçün birləşsin.

* Əgər İslam ölkələri hətta vəhdətin ən aşağı mərtəbəsinə riayət etsəydilər, İslam dünyasında bütün bu müsibət və bəlalar baş verməzdi. Fələstin məsələsi bugün İslam dünyasının ən böyük müsibətidir.

* İsrail dövlətinin məhvi yəhudi xalqının məhvi mənasına deyildir. İsrailin məhvi, yəni zorla qəbul etdirilmiş hökumət və rejimin məhvi, sionist rejimin məhvi. Başqa sözlə, Fələstin xalqı Netanyahu kimi nanəcibi məhv etsinlər.

* Fələstin məsələsində bizim mövqeimiz qəti və prinsip üzərindədir. İmam, inqilabdan qabaq sionistlərin nüfuz və zülmünün təhlükəsini vurğulayırdı. İnqilabın qələbəsinin əvvəlində də İslam Respublikası sionistlərin Tehrandakı mərkəzini fələstinlilərə verdi. Bu həqiqi, həm də simvolik bir iş idi. Biz fələstinlilərə kömək etmişik, yenə də kömək edəcəyik. Fələstin məsələsində heç kimə güzəşt etmirik və bütün İslam dünyası bunu bilməlidir.

* Mərhum İmamın və İslam Respublikası başçılarının bəyanatlarında dəfələrlə “İsrail dövlətinin məhvi” məsələsi yer almışdır. Bunun mənası yəhudi xalqının məhvi anlamına deyildir. Bizim onlarla heç bir işimiz yoxdur. Bunun mənası zorla qəbul etdirilmiş hökumət və rejimin məhv olmasıdır. Sionist rejimin məhvi, yəni o yurdun həqiqi sahibləri olan Fələstin xalqı özləri üçün dövlət seçsin, Netanyahu kimi həqirləri məhv etsin. Bu, məsələ gerçəkləşəcək. Necə ki, Balkan ölkələri 60 ildən sonra müstəqil oldu və xalq öz ölkəsinə qayıtdı.

* Biz xalqın və Fələstinin müstəqilliyinin tərəfdarıyıq. Biz antisemitik deyilik. Yəhudilər bizim ölkəmizdə son dərəcədə əmin-amanlıqda yaşayırlar.


272 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.19, 16:38
Morales Kubaya getdi
07.12.19, 09:07
Nar haqda bilmədiklərimiz
Go to TOP