Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Fevral 2014

Lavrov Ukraynada baş verənlərə görə Qərbi ittiham etdi

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukraynada cərəyan edən zorakılıqlara görə Qərb diplomatasiyasını təqsirli bilib. Lavrov rəsmi Kiyevin müxalifətlə danışıqlara son qoymasına səbəb kimi Amerika Birləşmiş Ştatlarının rəhbərliyə qarşı sanksiya tətbiq etməsini göstərib.

"Müxalifət ekstrimal qüvvələrin törətdiyi zorakılıqlarla əlaqədar yaxasını kənara çəkməyə çalışır. Qərb tərəfdaşlarımız, Avropada hər kəs və Amerika Birləşmiş Ştatları günahı hökumətdə görür. Lakin onlar fəalların törətdiyi zorakılıqları hesaba qatmır. Burada açıq şəkildə ikili standart yürüdülür. Bu isə, bizi dərindən narahat edir. Amerika artıq hökumət nümayəndirələrinə qarşı müəyyən sanksiyalar tətbiq edib. Bu isə, müxalifətə hökumətə güzəştə getməməyə təkan verir və qarşı tərəfi xaosa sürükləyir".

İraqda ölkənin baş naziri Xoşyar Zəbarini qəbulunda olan Lavrov, eyni zamanda, Suriya məsələsinə də toxunub və qeyd edib ki, Suriya sərhədlərində insanlara edilən humanitar yardımlar beynəlxalq qanunlar çərçivəsində icra olunmalıdır. Onun sözlərinə görə, hazırda ehtiyacı olanlara ərzaq və tibbi yardımın dayandırılması anlaşılmaz vəziyyətdir. Lavrov qeyd edib ki, silahlıları hərbi vasitələrlə təmin etməyə çalışanlar, eyni üsulla dinc insanları humanitar yardımla da təmin edə bilərlər./ans/
1287 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 09:10
40 dərdin dərmanı