Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Fevral 2014

Ərdoğan Gülənə səsləndi: Vətəninə qayıt

Türkiyənin Baş naziri Rəcəb Tayyip Ərdoğan Ankarada çıxışı zamanı yenidən Fətullah Gülənin bostanına daş atıb.

Daha çox Gülən camaatına yaxınlığı ilə seçilən media orqanlarını tənqid edən Ərdoğan, mətbuatı gündəmi gərginləşdirməkdə və iftira atmaqda günahlandırıb. Daha sonra Ərdoğan Gülənə səslənib: "Bu gün yazdıqları manşetləri hər zaman fakt kimi onların qarşısına qoyacağıq. Buna baxın: Bir yerdən əmrlər gəlir. Məndə onlara səslənirəm ki, haradasa oturub əmr verməkdənsə , vətəninizə gəlin. Axı bura sizin vətəninizdir. Niyə gəlmirsiniz? Gəlin, gəlin vətəninizə. Yoxsa qorxursunuz ki, bura gələndə bəzi şeylər açılacaq".
1272 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber