Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Fevral 2014

Universitet tələbələri ayağa qalxır

Dünən Bakı Dövlət Universitetinin qarşısında keçirilən aksiyadan sonra tələbələr yeni aksiyaya qərar verib
Aksiyanın təşkilatçıları sosial şəbəkədə yeni aksiyaya çağırış edib. Çağırışı olduğu kimi sizə təqdim edirik:

"Əziz tələbə yoldaşlarım.. Bu çağırışı "gənc" təhsil nazirinin qoca qərarına, təhsili çətinləşdirən, lakin keyfiyyətini daha da azaldan, rüşvəti qanuniləşdirən sistem dəyişikliyinə etiraz olaraq etmişik. Hər birimiz çox yaxşı bilirik ki, bu haqsızlığın qarşısını almaq üçün gərək birləşək, etiraz edək! Bu dəyişiklik hər bir tələbəyə mənfi təsir göstərir. Sizin də ya qayıb limitinin azaldılmasına, ya kəsir dərslərə görə ödəniş qərarına, kəsirlərin ləğvi üçün çıxan qadağaya , yay məktəbi şərtlərinin çox çətin və mənasızlaşdırılmasına və yaxud da hər hansısa bir "yeniliyə" etirazınız var. Hər birimizin bildiyi kimi, edilən dəyişiklik təhsilin dəyərini deyil, qiymətini artırmaq üçün atılan addımdır. Bu sistem təhsildə öz maddi marağını güdənlərdən başqa heç kəsə sərfəli deyil. Sistem pulun üzərində qurulub və kasıb uşaqların ali təhsil almasını əngəlləyir. Lakin hər birimizin bildiyi kimi, Azərbaycan vətəndaşlarının böyük hissəsi təhsil ala biləcək maddi duruma sahib deyil. Biz bu qanunun ləğvi üçün birləşməliyik. Bakı Dövlət Universitetinin yaratdığı etiraz dalğasına biz də qoşulmalı, hər gün sayımızı artırmalıyıq. Qafqaz Universitetində etiraz fevral ayının 24-ü, bazar ertəsi saat 13:00-da baş tutacaq. Məqsədimiz bütün universitetlərin, bütün tələbələrin bu etiraza qoşulmasıdır. Biz gəncik, biz enerjiliyik, biz güclüyük. Biz bu ədalətsizliyin qarşısını ala bilərik. Siz bunu ədalət naminə etməlisiniz! Digər universitetlərin də ardıcıllıqla bizə qoşulmasını, səsimizin, etirazımızın ADNA-dan, Pedoqoji Universitetdən, Texniki Universitetdən, Tibb Universitetindən, “Xəzər”dən, Memarlıq və İnşaat Universitetindən və digər bütün ali məktəblərdən gəlməsi diləyi ilə, sizi etiraza səsləyirəm! Bəli! Biz bacarariq! Biz bunu etməliyik!"/İnterpress/


1237 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat