Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Fevral 2014

Öcalanın şəkilləri Türkiyəni yenidən qarışdırdı - (Fotolar)

Türkiyədə Abdullah Öcalanın plakatları ilə bağlı yenidən qalmaqal yaşanıb.

Bir müddət əvvəl Barış və Demokratiya Partiyası (BDP) Türkiyənin Diyarbəkir vilayətində Abdullah Öcalanın plakatlarını asmışdı.

Həmin plakatlarda kürdcə və türkcə Öcalanın həbs edilməsi və Türkiyəyə gətirilməsinin 15-ci il dönümündə keçiriləcək tədbirlərə çağırışlar edilirdi. Lakin terrorla mübarizə qanununa əsasən verilən qərardan sonra bu plakatlar yığışdırıldı.

Dünəndən etibarən Diyarbəkir küçələrində plakatlar yenidən görünməyə başlayıb. Bu dəfə şəhər küçələrinə “Azad liderlik, azad Kürdistan” yazılmış plakatlar asılıb. Elanlarda hər kəs martın 15-də Öcalanın həbs edilərək Türkiyəyə gətirilməsinin 15-ci il dönümü ilə bağlı keçiriləcək tədbirlərə çağırılır.

Qeyd edək ki, PKK liderinin fotolarının yenidən şəhər küçələrinə aslıması böyük narazılığa səbəb olub.


1457 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
28.11.16, 18:49