Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Dekabr 2019

Pompeo “Deyingən qarı”dır - Çin

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Xua Çunyinq ABŞ-ın dövlət katibi Mayk Pompeonu Çin ədəbiyyatının personajı olan “Deyingən qarı” ilə müqayisə edib.

Bu məlumatı TASS agentliyi yayıb.

XİN sözçüsü bu müqayisəni Pompeonun Çinin “ZTE” və “Huavey” şirkətləri barədə xoş olmayan açıqlamalarına cavab olaraq edib.

“Çin yazıçısı Lu Sinin əsərlərindən birində Syan Lin adlı yaşlı qadın obrazı var ki, o, həmişə dodağının altında deyinərək eyni şeyi təkrarlayır. Mənə elə gəlir ki, cənab Pompeo ona çox bənzəyir. Yeganə fərq ondan ibarətdir ki, yaşlı qarı heç kimə zərər yetirməyəcək sözləri təkrar edirdi, cənab Pompeo isə daima ağ yalan danışır”.
199 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
15.01.20, 09:05
ABŞ bazası yenə vuruldu
Go to TOP