Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Dekabr 2019

İran parlament seçkilərinə hazırlaşır- Namizədlərin qeydiyyatı başlayıb

İranda keçiriləcək parlament seçkilərində namizəd olmaq istəyənlərin qeydiyyatı başlayıb.

Bu barədə İranın Daxili İşlər naziri Əbdülrza Rəhmani Fəzli məlumat verib.

O bildirib ki, namizəd olmaq istəyənlər Tehranda və digər şəhər və kəndlərdə yaradılmış qərargahlarda qeydə alına bilərlər. Qeydiyyat dekabrın 7-nə kimi davam edəcək.

İran qanunlarına əsasən qeydə alınanların siyahısı Konstitusiya Şurasına təqdim olunacaq. Şura siyahıda düzəlişlər etdikdən sonra təsdiq edəcək və namizədlər təbliğat kampaniyasına başlayacaqlar.

Xatırladaq ki, İranda növbəti parlament seçkiləri fevralın 2-də keçiriləcək.
203 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
15.01.20, 09:05
ABŞ bazası yenə vuruldu
Go to TOP