Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Dekabr 2019

Həsən Ruhani: “ABŞ rəsmiləri danışıqlar üçün ismarıc göndərib”

“ABŞ rəsmiləri danışıqlar üçün bizə ismarıc göndəriblər”.

“Fars” agentliyi xəbər verir ki, bunu İran prezidenti Həsən Ruhani bildlrib.

“ABŞ rəsmiləri sanksiyalarla öz aləmlərində bizi diz çökdürməyə çalışırdı”, - deyə İran prezidenti vurğulayıb. Onun sözlərinə görə, ABŞ və bir çox ölkələr İranın bu sanksiyalar nəticəsində təslim olacağını düşünürmüş, ancaq bu baş verməyib.

“ABŞ-ın məsul şəxsləri müzakirə üçün ismarıc göndərdikləri halda ictimaiyyət qarşısında başqa cür danışırlar. Bunu müzakirələrlə bağlı danışıqların aparılmasında vasitəçilik edən avropalılar da bilir”, -deyə H.Ruhani qeyd edib.
207 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP