Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Fevral 2014

Bakı sakini polisə bomba qoyulması barədə yalan məlumat verib

Bakıda bomba qoyulması barədə polisə yalan məlumat verən şəxs tutulub.

Daxili İşlər Nazirliyinin (DİN) saytının verdiyi məlumata görə, fevralın 20-də saat 07:00 radələrində naməlum şəxs Yasamal rayonu Azərbaycan prospektindəki taksofondan DİN-in "102" Zəng Mərkəzinə zəng edərək “Nizamidə bomba var” deyib və dəstəyi asıb.

Yasamal Rayon Polis İdarəsi 26-cı Polis Bölməsinin və Milli Təhlükəsizlik Nazirliyinin Yasamal Rayon İdarəsi əməkdaşları tərəfindən dərhal müvafiq tədbirlər görülüb, məlumat təsdiqini tapmayıb.

Aparılmış araşdırmalarla məlumatın Bakı şəhər sakini, ruhi xəstə Eldəniz Balayev tərəfindən verilməsi müəyyən edilib və o saxlanılıb.
1432 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP