Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Dekabr 2019

Ərdəbildə Nardaran şəhidləri anılıb

İmam Hüseynə (ə) sevgi sərhəd tanımır

Cümə axşamı Ərdəbilin “Əbulfəzl-Abbas (ə)” məscidində Nardaran şəhidlərinin dördüncü ildönümü münasibətilə mərasim keçirilib. Mərasimin xətibi höccətül-islam Seyid Əhməd Səadəti deyib: “Heç kim İmam Hüseyn (ə) təfəkkürü qarşısında dayana bilməz. Çünki İmam Hüseynə (ə) sevgi sərhəd tanımır.”

Qafqaz Həqiqətləri xəbər verir ki, Ərdəbildə 26 noyabr 2015-ci ildə Bakı polisinin Nardaranda İmam Hüseynə (ə) əzadarlıq edən dindarlara hücum etməsi nəticəsində şəhid olanların dördüncü ildönümü münasibətilə keçirilən mərasimdə çıxış edən höccətül-islam Seyid Əhməd Səadəti deyib: “Heç kim İmam Hüseyn (ə) təfəkkürü qarşısında dayana bilməz. Bəzi dövlətlərin başçıları möminləri əsassız ittihamlarla həbsxanalara salsalar da, bunu bilsinlər ki, hal-hazırda dünya İmam Hüseynə (ə) sevgi üzərində hərəkət edir. Xalqın İmam Hüseynə (ə) bu əzəmətli sevgisini görməmək və onları zindanla, yaxud məhv etməklə qorxutmaq olarmı?”

Hövzə və universitet ustadı daha sonra deyib: “Azərbaycan Respublikasında dindarlara qarşı həyata keçirilən təzyiqlər sionist rejimin göstəriş və planları ilə baş tutur və uşaq qatili olan bu rejim Azərbaycan Respublikasını fəsada sürükləyir.”

Xətib vurğulayıb: “Dünyanın hər yerində insanlar zülmə məruz qalsa, biz ona reaksiya veririk. Ola bilməz ki, şiə bir məntəqədə məsciddən İmam Hüseyn (ə) bayrağını yığışdıralar, əzadarlıq edən camaatı atəşə tutalar, şəhid edələr, sonra da onları ədalətsiz ittihamlarla şərləyərlər (və biz ona səssiz qalaq.)”

Mərasimin davamında Əhli-beyt (ə) məddahı Hacı Abdullah Dadaşi və Kərbəlayi Səccad Hejbəri Nardaran şəhidlərinin vəsfində mərsiyələr oxuyublar.

Xatırladaq ki, 26 noyabr 2015-ci ildə İmam Hüseyn (ə) Ərbəini günlərində Bakı polis qüvvələri Nardaran qəsəbəsində əzadarlıqla məşğul olan camaata hücum etdi, Fərail Bünyadov, Sarvan İsgəndərov, Rafail Bünyadov və Əkbər Babayev olmaqla dörd nəfəri şəhid etdi. Bu hadisədə onlarla dindar yaralandı və bir çox islamçı, o cümlədən Müsəlman Birliyi Hərəkatının sədri höccətül-islam Tale Bağırzadə əsassız bəhanələrlə saxlanıldı, saxta və sifarişli məhkəmələrdə mühakimə olunduqdan sonra uzunmüddətli həbslərə məhkum edildi.

Hər il Nardaran hadisəsi şəhidlərinin ildönümü münasibətilə İranın müxtəlif şəhərlərində, o cümlədən Ərdəbildə tədbirlər keçirilir.
198 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
15.01.20, 09:05
ABŞ bazası yenə vuruldu
Go to TOP