Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Dekabr 2019

İslam ölkələri universitet tələbələri Azərbaycanda islamçılara yaradılan məhdudiyyətlərə etiraz edib

İslam ölkələri tələbələrinin təşəbbüsü ilə Şəhid Behişti Tibb Elmləri Universitetində “Biz Bir Ümmətik” adlı konfrans keçirilib. Konfransın sonunda sionist rejimlə münasibətlər qurduğu, islamçılara qarşı məhdudiyyətlər yaratdığı, dini liderləri şəhid etdiyi və həbs etdiyinə görə Azərbaycan Respublikası hakimiyyətinin səhv siyasətlərinə etirazı özündə əks etdirən məktub hazırlanıb. Məktub müqavimət cəbhəsinin ölkələri: Fələstin, Livan, Suriya, Yəmən, Nigeriya, Pakistan Kəşmiri və İran tələbələri tərəfindən umzalanıb.

Qafqaz Həqiqətləri “Daneshjo” informasiya mərkəzinə istinadla xəbər verir ki, İslam ölkələri universitet tələbələrinin Azərbaycan Respublikası hakimiyyətinin səhv siyasətinə etiraz məktubu aşağıdakı kimidir:

İllərdir ki, Azərbaycan Respublikası islamçıları öz islami haqlarını bərpa etmək istədiklərinə görə zindanlara salınıb. İnsanı qəzəbləndirən məsələ onların məhkəmə hökmlərinin reallıqla zidd olmasıdır. Həbs edilmiş əziz dindarlar narkotik maddələr, silah saxlama və digər səhnələşdirilmiş ittihamlarla məhkum olublar. İslamçıların haqları digər etirazçılardan, hətta qərbyönümlü müxalifətçilərdən də azdır. Bir çox hallarda onlara qarşı qeyri-humanitar hərəkətlər olunur. Bunun nümunələrini Mövsüm Səmədov, Abgül Süleymanov və Tale Bağırzadəyə qarşı rəftarlarda görmək olar. Belə ki, onların zindanda da canları amanda deyil və illərdir ki, mənəvi və fiziki işgəncələrə məruz qalırlar.

Bizim din qardaşlarımız Nardaranda 5 ildir ki, sizin dövlətinizin anti-islam siyasətlərinə etiraz etdiyinə görə mühasirədə və şiddətli təhlükəsizlik tədbirləri altındadır. Halbuki, Azərbaycan Respublikasının cəmiyyətinin 80 faizdən çoxunu şiələr təşkil edir. İslamçılıq təkcə bir təfəkkür deyil, bir ideyadır. Lakin təəssüflər olsun ki, sizin dövlətin uşaq qatili olan sionist rejimlə dostluq və əməkdaşlığı, dini mərasimləri keçirməkdə hətta öz xalqına qarşı məhdudiyyətlər yaratmaq barədə səhv siyasətləri həqiqi islami təfəkkürlərlə ziddir. Belə ki, qondarama İsrail başçıları cəmiyyətinin çoxunu şiələr təşkil edən müsəlman bir ölkəni özlərinin ana vətəni hesab edirlər.

Tarix şahiddir ki, İmam Xomeyninin (r) SSRİ-nin dağılması barədə uzaqgörənliyi necə gerçəkləşdi. Bugün də regional balanslar göstərir ki, qərb hegemonluğu dağılmaq üzrədir və hadisələr zühür cərəyanı səmtinə hərəkət etməkdədir.

Azərbaycan Resbpulikası qərbdən asılı və bəsirətli xalqın əli ilə siyasi səhnədən silinən region ölkələrinin acı təcrübəsini dadmamaq üçün öz anti-din siyasətlərinə yenidən baxmalıdır, sionist rejimlə əməkdaşlığa, Azərbaycan Respublikasının islamçılarına və dini rəhbərlərinə qarşı məhdudiyyətlərə son qoymalıdır.

Əgər dini qüvvələrə güvənsəniz, əmin olun ki, Qarabağ çox qısa bir müddətdə ermənilərin işğalından azad olunacaq. Biz İslam aləminin tələbələrinin təfəkküründə xalis Məhəmməd (s) dininə tabe olmaqla heç bir coğrafi sərhəd və irq bizi Azərbaycan Respublikasında öz din bacı-qardaşlarımızın haqlarını tələb etməkdən çəkindirə bilməz. Biz onlara dəstəyimizi bildiririk və islamçıların azad olunmasını, onların, xüsusilə də Nardaran hadisəsi məzlumlarının haqlarının bərpa edilməsini tələb edirik.

İmza edənlər:

Vəhdət Konfransı Tələbə Komissiyasının Rəyasət Heyətinin üzvləri:

Əlirza Firuzi – İran

Osman əl-Həkimi – Yəmən

Üdəy əl-Təmimi – Yəmən

Bədiə Zəkzaki – Nigeriya

Əla Cüneyd – Suriya

İbadə Əmin – Fələstin

İranda müqavimət cəbhəsinin fəal tələbələri:

Müin Rəziyi, Müstəqil İran İslami Təşkilatının beynəlxalq katibi

Məhəmməd Dərviş – Livan

Şadi əl-Həsəni – Yəmən

Məhəmməd Həsəneyn Mir – Kəşmir

Ömər Əbu Səmərə – Fələstin

Həsən əl-Ərmile – Suriya
203 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
15.01.20, 09:05
ABŞ bazası yenə vuruldu
Go to TOP