Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Fevral 2014

Xədicə İsmayılova “MTN-in materialı”nı ona ötürənin adını bu gün açıqlayacaq

Xəbər verdiyimiz kimi, “Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayılova fevralın 17-də facebook şəbəkəsindəki səhifəsində bir material yerləşdirib.

Həmin materialın Milli Təhlükəsizlik Nazirliyinin xidməti fəaliyyətinə aid sənəd olduğu ehtimal edilir. Bir vərəqlik materialda MTN-in müxalifət partiyalarına casus yerləşdirməsindən bəhs olunur. Jurnalist bu vərəqi ona 2011-ci ildə özünü keçmiş MTN işçisi kimi təqdim edən bir şəxsin verdiyini deyib.

Bu materiala görə Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 284.2-ci (dövlət sirrini yayma) maddəsi ilə cinayət işi başlanıb, Xədicə İsmayılova şahid qismində dindirilməsi üçün istintaqa dəvət olunub və fevralın 21-də dördüncü dəfə ifadə verəcək.

Xədicə İsmayılova bu gün deyib ki, məlumatı ona verən şəxsin kimliyini istintaqa açıqlamaq qərarına gəlib: “Dindirilmə zamanı faylı mənə ötürən şəxsin adını açıqlayacam. Faylı mənə ötürən adam bu barədə facebook səhifəsində elan verib. İndiyə kimi jurnalist olaraq mənbəni açıqlamırdım. Seçimi həmin adamın özünə buraxmışdım. Artıq özü kimliyini açıqladığı üçün bu gün ifadəmdə hər şeyi danışacam”.

Xədicə İsmayılova bu gün saat 16:00-da ifadə verməlidir.
1475 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı