Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Dekabr 2019

Tramp demokratları "avara" adlandırdı

ABŞ prezidenti Donald Tramp bildirib ki, demokratlar impiçmentin araşdırılmasının gedişinin qaydalarını dəyişdirirlər.

Bu barədə Ağ Ev rəhbəri özünün “Twitter”dəki səhifəsində yazıb.

"Bazar ertəsi impiçment üzrə saxta dinləmələrin başlanğıcına qədər 48 saatdan az müddətdə hüquqi prosedurlara riayət etməyən avara demokratlar impiçment qaydalarını dəyişdirirlər, istəyirsiniz inanın, istəmirsiniz yox, çünki faktlar onların tərəfindədir. Nə vaxt ki, oyunda uda bilmirsən, qaydaları dəyişdir!", - deyə Tramp “Twitter”də yazıb.

Tramp demokratların məhz hansı qaydaları dəyişdirdiklərini dəqiqləşdirməyib.
222 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
15.01.20, 09:05
ABŞ bazası yenə vuruldu
Go to TOP