Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Dekabr 2019

Şagirdləri Atatürkə səcdəyə məcbur edən direktorlar işdən qovuldu

Türkiyədə Atatürkün növbəti anım günündə bəzi məktəblərdə icra edilmiş və siyasi bütpərəstlik anlamına gələn ifrat bayağı tədbirlər qalmaqala səbəb olub.

Türkiyə mediasının yaydığı məlumata görə, İstanbuldakı Hasan Özaydın, Fatma Şensoy ibtidai məktəblərində və digər bir neçə təhsil ocağında Türkiyə respublikası qurucusunun 10 noyabr anım günündə məktəb rəhbərliyi və müəllimlər şagirdləri Atatürkün təsvirləri qarşısında nəinki baş əyməyə, başlarını yerə qoyub səcdə etməyə vadar ediblər. Bu barədəki xəbərlər Türkiyənin istər əksər siyasi, istərsə də dini kəsimi tərəfindən hiddətlə qarşılanıb.

“TRTHaber”in verdiyi son məlumata görə, ölkə Təhsil Nazirliyinin qərarı ilə bəhs edilən məktəblərin direktorları vəzifələrindən azad edilib.
187 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
15.01.20, 09:05
ABŞ bazası yenə vuruldu
Go to TOP