Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Fevral 2014

Əli İnsanov qızıllarını tələb etdi

Əli İnsanov məhkəmə zalına jurnalistlərdən əvvəl gətirilib.

Buna səbəb sabiq nazirin ötən məhkəmə prosesində zala daxil olarkən hakimiyyət və prezident haqda səsləndirdiyi sərt ifadələri bir daha eşidilməməsi istəyi olub.

Əli İnsanov məhkəmədə çıxışı zamanı evində aparılan axtarış zamanı tapıldığı deyilən qızıl külçələrin məhkəməyə gətirilməsini tələb edib. O deyib ki, əgər gətirə bilmirsinizsə, deməli, onları yüksək vəzifəli şəxslərdən kimsə özünə götürüb.

Əli İnsanov ifadələrini sərtləşdirərkən hakim tərəfindən oan xəbərdarlıq edilib. Hakim bildirib ki, əgər bu ifadələrini davam etdirsə, proses onun iştirakı olmadan davam etdiriləcək.

Məhkəmədə İqtisadi İnkişaf Nazirliyinin iki əməkdaşı - Samir Vəliyev və Rüstəm Aslanov ifadə veriblər.

Ə.İnsanovun vəkili müvəkkilinin şüşə qəfəs arxasından çıxarılmasını tələb edib. Lakin onun bu vəsatəti təmin edilməyib.

Ə.İnsanov şüşə qəfəs arxasında boğulduğunu və nəfəs ala bilmədiyini deyib. Hakim isə heç bir problemin olmadığını deyərək prosesi davam etdirib.

Hazırda məhkəmə prosesində fasilə elan olunub. Proses saat 14-də davam etdiriləcək.

* * * 13:22

Bu gün Bakı Apelyasiya Məhkəməsində sabiq səhiyyə naziri Əli İnsanovun işi üzrə məhkəmə prosesi keçirilir.

Məhkəmədə iki nəfər şahid qismində dindirilib. Vəkil Toğrul Babayev Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov, səhiyyə naziri Oqtay Şirəliyev və təhsil naziri Mikayıl Cabbarovun məhkəmədə iştirakının təmin edilməsi ilə bağlı vəsatət qaldırıb. Lakin hakim vəsatətləri təmin etməyib. Proses davam edir. Əlavə məlumat veriləcək./virtualaz/
1280 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 09:10
40 dərdin dərmanı
<