Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Dekabr 2019

Ayətullah Amili: Minsk qrupu heç vaxt müsəlman ölkəsinə kömək etməz

Vəliyyi-fəqihin nümayəndəsi Ayətullah Seyid Həsən Amili Minsk qrupunun son hərəkətinə toxunaraq deyib: “Onlar heç vaxt müsəlman ölkəsinə kömək etməzlər.”

Qafqaz Həqiqətləri xəbər verir ki, Vəliyyi-fəqihin nümayəndəsi və Ərdəbilin imam cüməsi bu həftənin cümə namazı xütbələrində deyib: “24 ildən sonra nəhayət Minsk qrupu və bu qrupla müzakirələr nəticəsini göstərdi. Onlar üç azəri jurnalisti Bakıdan Qarabağa, üç erməni jurnalisti də Qarabağdan Bakıya gətirdilər! Azərbaycan dövləti də bunu qəbul etdi. Diplomatiyada bu hərəkətin xüsusi bir mənası vardır. Onlar bu addımla haqqı haqlıya vermək niyyətində deyildir. Demək istədikləri yalnız budur ki, barışın və Azərbaycan Respublikası öz torpağının işğal edilməsini yaddan çıxartsın. Onlar heç vaxt müsəlman bir ölkəyə kömək etməzlər.”

İmam cümə deyib: “Həm öz tərəfimdən, həm də İran xalqı tərəfindən Azərbaycan xalqına çox xüsusi şəkildə təşəkkür edirəm. Hər vaxt İranda xoşagəlməz və narahatedici bir hadisə baş versə, Azərbaycan əhalisi vitural aləmdə, hüzuri, məktub və telefon əlaqələri vasitəsilə həmdərdlik göstərir, qurban nəzir edir, dua edir və hadisəyə görə narahatlığını bildirirlər.”

Ayətullah Amili əlavə edib: “Son hadisədə onların son dərəcə həmdərlik göstərməsi və narahat olması məni heyrətləndirdi. Mənə zəng edirdilər, ya ismarış göndərib, bərk narahat olduqlarını deyirdilər. Hətta İran xalqına müraciət ünvanlanan kliplər düzəldib göndərir, fədakarlıq göstərməyə hazır olduqlarını bildirirdilər. Dünyada belə bir həmdərdlik və həmrəyliyin misli-bərabəri yoxdur. Mən dünyanın bütün azərilərinə, xüsusilə də Azərbaycanın əziz əhalisinə səmimi minnətdarlığımı bildirirəm.”

İmam cümə sonda deyib: “Bu həmdərlik təbiidir. Çünki biz onlarla bir millət və iki dövləti təşkil edirik. İran onların tarixi vətəni və baba ocağıdır. Onların qəlbi həmişə buradadır və burada olaraq qalacaq.”
378 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP