Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Dekabr 2019

“Venesuelada xalq qoşununun sayı 3,3 milyon nəfərdir” –Maduro

Venesuelanın xalq qoşunu sıralarında olan vətəndaşların sayı 3,3 milyon nəfərə çatıb.

Bu barədə ölkə prezidenti Nikolas Maduro La-Quayra şəhərində tərəfdarları qarşısında çıxışı zamanı bildirib.

“Bu gün mən Venesuelaya və bütün dünyaya elan edə bilərəm ki, qoşunun sayı 3 milyon 300 min nəfərə çatıb”, – Maduro qeyd edib.

Dövlət başçısının sözlərinə görə, bütün qoşun döyüşçüləri yaxşı “təşkil edilib, təlim görüb, silahlıdır və Venesuelanın bütövlüyünü, müstəqilliyini və asayişini müdafiə etməyə hazırdır”.

“2020-ci ildə hədəf – 4 milyon nəfərə nail olmaqdır”, – Maduro vurğulayıb.
211 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
15.01.20, 09:05
ABŞ bazası yenə vuruldu
Go to TOP