Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Fevral 2014

Venesuela prezidenti Obamanı günahlandırır

Venesuelada kütləvi ixtişaşlar genişlənməkdə davam edir. Etirazçılar və mühafizə qüvvələri arasında qarşıdurmada 6 nəfər həlak olub. Əksəriyyəti tələbələr olan etirazçılar ölkədə hakim rejimin dəyişilməsini tələb edir. ABŞ Venesueladakı vəziyyəti pisləyib, ölkə prezidentini zorakılığa son qoymağa çağırıb.

“Röyters” agentliyi xəbər verir ki, Venesuela prezidenti Nikola Maduro ölkədə baş verən qarışıqlıqda ABŞ prezidenti Barak Obamanı günahlandırır. Maduro prezident Obamanın bəyanatlarını ölkənin daxili işlərinə müdaxilə adlandırıb. Prezident Maduro iddia edir ki, ABŞ Venesuela müxalifətini ölkədə qarışıqlıq yaratmaq üçün maliyyələşdirir.

“BBC” yazır ki, Venesuela prezidenti ölkədəki qarşıdurmanı, zorakılığı işıqlandırdığı üçün “CNN” kanalını ölkədən qovmaqla hədələyib.
Qeyd edək ki, bundan əvvəl Venesuela prezidenti 3 ABŞ diplomatını ölkədən qovmuşdu. Nikola Maduro ABŞ rəsmilərinin hökumətə qarşı işləməkdə, etiraz edən tələbələr arasında təbliğat aparmaqda ittiham edib.
1158 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP