Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Dekabr 2019

Bakıda bədbəxt hadisə: İki tələbə öldü

Binəqədi rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinin təfərrüatları məlum olub.

Belə ki, daş bazarı adlanan ərazidə “KamAZ” markalı yük maşını hərəkətdə olarkən qarşısına 2 nəfər çıxıb.

Hadisə şahidlərinin bildirdiyinə görə, sözügedən yolda işıqlanma olmadığından, yük maşını piyadaları görməyib və onları vurub. Hər iki şəxs hadisə yerində keçinib.

Məlumata görə, ölənlər 1 qız və 1 oğlan olub. Onların tələbə olduğu bildirilir. Hər iki şəxsin meyiti aidiyyatı üzrə Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Binəqədi Rayonu üzrə Şöbəsibə yerləşdirilib.
659 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
15.09.20, 07:40
Arıqlamaq istəyənlər...
14.09.20, 08:26
Türkiyə yenə itki verdi
Go to TOP