Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Dekabr 2019

Pentaqon Səudiyyə əsgərlərinin təlimini dayandırdı

ABŞ Müdafiə Nazirliyi ölkədəki bütün Səudiyyə Ərəbistanı hərbçilərinin operativ hazırlığını dayandırıb.

Bu məlumatı “Nyu York Tayms” qəzeti yayıb. Məlumata görə, bu barədə qərar Floridadakı hərbi bazaya hücumdan sonra qəbul edilib.

Səudiyyəlilərin hazırlığı qeyri-müəyyən müddətə təxirə salınıb.

Qeyd edək ki, bir neçə gün öncə Floridadakı hərbi bazada baş verən atışmada qatil də daxil olmaqla, 4 nəfər ölüb, 8 nəfər yaralanıb. Atəş açanın Səudiyyə Ərəbistanının hərbçisi Məhəmməd Səid əş-Şamrani olduğu və bu bazada təlim keçdiyi bildirilir.

Hadisənin terror olub-olmadığı bilinmir. Ancaq hücumdan öncə Şamraninin krallıqdan olan digər həbçilərlə birgə məclis təşkil etdiyi və məclisdə kütləvi ölüm səhnəsi olan atışma videosu göstərildiyi bildirilib. Eyni zamanda Şamraninin hücumu zamanı onun yoldaşı hadisəni videoya çəkib, digər iki Səudiyyə hərbçisi isə onu maşınla izləyib.
505 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.07.20, 11:45
DSX-nin əsgəri öldü
Go to TOP