Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Dekabr 2019

Amerika terrorçularının bazasına hücum edildi - Əfqanıstanda

Əfqanıstanın yerli məmurlarının verdiyi xəbərə görə, bu gün (11 dekabr) səhər saatlarında Amerika terrorçularının Pərvan əyalətində yerləşən Bagram hərbi hava bazasında partlayış baş verib və bundan sonra şiddətli atışma səsləri eşidilib.

Pərvan valiliyinin mətbuat katibi Vəhidə Şahkar bu barədə deyib: “Partlayış səhər saat 6-da hərbi hava bazasında baş verdi və bundan sonra xarici qüvvələrlə silahlı şəxslər arasında atışma oldu.”
Hadisənin təlafatı barədə hələ ki, bir məlumat verilmir.

NATO partlayış barədə bəyanat verərək bildirib ki, bu gün səhər saatlarında silahlı şəxslər Bagram hava bazasına hücum etdilər. Hadisədə məntəqədə tikilmiş səhiyyə mərkəzi dağıdıldı.
İndiyə kimi hücumu heç bir qrup öz üzərinə almayıb.
Əfqanıstanın səhiyyə məmurlarının açıqlamalarına görə, hadisədə yaralanan 50 nəfər Pərvanın xəstəxanalarına yerləşdirilib.

Pərvan valisi deyib ki, partlayış çox şiddətli olub və hücumçular yarıtikili binada gizlənərək təhlükəsizlik qüvvələri ilə döyüşüblər.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp bir neçə gün bundan əvvəl həmin hərbi bazada öz terrorçu qüvvələri ilə görüşmüşdü.
197 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
15.01.20, 09:05
ABŞ bazası yenə vuruldu
Go to TOP