Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Fevral 2014

Ali-Xəlifənin şiələri dövlət orqanlarından uzaqlaşdırmaq planı

Bəhreynli bir insan haqları müdafiəsi fəalı Ali-Xəlifə rejimi tərəfindən şiələr əleyhinə zülm və ayrıseçkiliyin davam etdiyini bildirdi və ölkənin dövlət orqanlarından Əhli-beyt (ə) davamçılarının uzaqlaşdırıldığı barədə məlumat verdi.
Nur-az.com-un Shia-Online-a istinadlı məlumatına əsasən, Bəhreynin İnsan Haqları Mərkəzində Dini Azadlıqlar Bölməsində məsul şəxs olan mənbə bildirib ki; Bütün müşahidələr Bəhreyndə tayfaçılığın adi hal aldığını göstərməkdədir.
O Bəhreyn rejiminin iş tapmaqda tayfaçılıq və ayrıseçkilik addımlarına işarə etdi və Dövlət Nazirliyi, Xarici İşlər Nazirliyi və başqa orqanlarda şiələrin hansısa vəzifələrə yiyələnməsinin qarşısının alındığını bildirdi.
Adı çəkilməyən mənbə bildirdi: Ölkədə şiələr təhsil müəssisələri və universitetlərdən çıxarılır, onlara təhsil krediti verilmir. Bu isə elm və təhsil sahəsində ayrıseçkiliklə mübarizə haqqında UNESCO-nun qərarları ilə ziddiyyət təşkil edir.
1620 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 21:00