Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Dekabr 2019

Rəsmi Tehran Makrona yox dedi

“İran hökuməti saxladıqları Fransa vətəndaşlarını azad etmək niyyətində deyil”.

“RİA Novosti” xəbər verir ki, İranın Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musəvi Fransa prezidenti Emanuel Makronun ötən gün səsləndirdiyi bu tələbin qəbuledilməz olduğunu bildirib.

“İranın suveren ölkə olduğunu fransızlar unutmasınlar. Nə hökumətimiz, nə də məhkəmələrimiz kimdənsə məsləhət almır. Daxili işlərimizə müdaxilələr bizim üçün yolverilməz sayılır”, – A.Musəvi deyib.
208 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP