Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Dekabr 2019

Hollandiyanın islami məktəblərində təhsil alan məktəblilərin sayı artıb

Hollandiya Təlim-Tərbiyə Nazirliyinin verdiyi xəbərə görə, son on ildə bu ölkənin islami məktəblərində məktəblilərin sayı çox artıb.
Bunun səbəbi islami məktəblərdə təlim keyfiyyətinin gücləndirilməsi olub. Bu il beşinci ildir ki, ardıcıl olaraq sözügedən məktəblərin şagirdlərinin nömrələri orta həddən yuxarı olub.
2008-ci ildə islami ibtidai məktəblərdə oxuyan şagirdlərin sayı 9342 nəfər idisə, bu say 2018-ci ildə 15074 nəfərə çatmışdır. Halbuki, protestant və katolik məktəblərində say dəyişməmişdir.
Bu barədə Hollandiyanın Leyden Universiteti üçün təhqiqat aparmış Marietje Beemsterboer deyir: “Əsas səbəb budur ki, ümumi olaraq islami məktəblərdə təhsilin keyfiyyəti yaxşıdır.
Bu məktəblərin çox yaxşı fəaliyyəti vardır. Ona görə də hər il öz övladlarını bu təhsil mərkəzlərində oxutmaq istəyən ailələrin sayı artır.”
204 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP