Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Fevral 2014

BDU-nun etiraz edən tələbəsi döyüldü

Abel Məhərrəmovun tələbələrlə görüşündə qalmaqal düşdü

Tələbə rektora rüşvətdən şikayət etdi, məhkəmə və qovulmaqla hədələndi

Ötən gün BDU-nun tələbələri Nazirlər Kabinetinin alt qrupda əlavə pul ödəmələri ilə bağlı qərarına etiraz olaraq aksiya keçirdilər. Aksiyaçıların qarşısına çıxan rektor Abel Məhərrəmov bəyan etdi ki, bu gün etiraz edən tələbələrlə görüş keçiriləcək.

Rektor vədinə əməl edib. O, Təhsil Nazirliyinin nümayəndəsi və Universitetin başqa məsul şəxsləri ilə birlikdə tələbələrlə görüşüb. Ancaq Universitetin mühafizə xidmətinin əməkdaşları görüşü pis sonluqla yaddaşlara yazıblar.

Belə ki, görüş bitəndən sonra narazı tələbələrdən biri, gənc fəal Hüseyn Novruzov jurnalistlərə açıqlama verərkən Universitetin mühafizəçiləri və Tələbə Həmkarlar Komitəsinin üzvlri tərəfindən döyülüb. Döyənlərdən birinin də Tələbə Həmkarlar Komitəsinin sədri Daşqın Qənbərovun olduğu deyilir.

Hüseyn Novruzov “Azadlıq” qəzetinə açıqlamasında bildirib ki, onu döyənlər 4-5 nəfər olub. Tələbəni döyəndən sonra mühafizəçilərə aid olan otağa salıb bir müddət saxlayıblar. Hüseyn Novruzov onu döyənlərdən şikayət edib və ekspertizaya aparılıb, daha sonra sərbəst buraxılıb.
1465 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...