Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Dekabr 2019

Fransa məhkəməsi əsgərlərə hücum edən şəxsə 30 il həbs cəzası verib

Fransada andlılar məhkəməsi 2015-ci ildə Nitse şəhərində hərbçilərə bıçaqla hücum edən Musu Kulibalini 30 il müddətinə azadlıqdan məhrum edib.

Bu barədə “Le Monde” qəzeti yazıb.

Məlumata görə, Kulibali törətdiyi əməlindən peşman olmadığını bildirib. Nəşr xatırladır ki, həmin şəxs 2015-ci ilin fevralında sionist yəhudi icma mərkəzinin yaxınlığında əsgərlərə hücum edib. Məhkumun sözlərinə görə, onun niyyəti əsgərləri öldürmək olmayıb, sadəcə, üzlərini kəsmək istəyib.
200 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP