Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Fevral 2014

“Ceyhun Osmanlı mənim səsimi yaza bilməzdi”

Tanınmış jurnalist Xədicə İsmayılın dövlət sirrini yaymaqda ittiham edilməsi xeyli yeni məqamları üzə çıxardı. Əvvəla məlum oldu ki, Ceyhun Osmanlı yalnız deputat deyil, həm də gizli “xəfiyyə” dir. Belə ki, Ceyhun Osmanlı Xədicə İsmayılın Art Garden restoranındakı görüşünün audio yazısı olan şəxsi telefonunu prokurorluğa təqdim etdi və böyük qəhrəmanlıq kimi də bunu sosial şəbəkədə paylaşdı. Statusunun sonunda isə “Vətənə xəyanət bağışlanmır” ifadəsini yazdı. Daha sonra məlum oldu ki, gizli səs yazdığı üçün Ceyhun Osmanlı özü insan hüquqlarına, qanunlara xəyanət edib. Hüquqşünas Müzəffər Baxışov bildirdi ki, Ceyhun Osmanlı CM-nin 302-ci maddəsinə görə dərhal həbs olunmalıdır və toxunulmazlığı ləğv edilməlidir.
Ancaq, maraqlı məqamlar bununla da yekunlaşmır. Xədicə İsmayıl bildirir ki, Ceyhun Osmanlının onun səsini yazması mümkün deyil: “ Hələ ki, mənə verilən suallarda prokurorluq Ceyhun Osmanlıya istinad etmir. Əgər bu səs yazısı ilə bağlı sual verilsə, mən də öz arqumentlərimi ortaya qoyacam. İndiki halda belə bir səs yazısı ilə bağlı məndə sübut yoxdur. Ancaq, dəqiq bilirəm ki, Ceyhun Osmanlının mənim səsimi yazmaq ehtimalı yox idi. Əgər, belə bir səs yazısı varsa da, dəqiq bilirəm ki, bunu Ceyhun Osmanlı yazmayıb. O, sadəcə deputat mandatının arxasında gizləndiyi üçün bunu edir. Ancaq, bizim bu toxunulmazlığı ifşa etmək imkanımız da var”.
Belə məlum olur ki, səs yazısını Ceyhun Osmanlı yazmayıb və bu proses əvvəldən planlaşdırılıb. Sadəcə Ceyhun Osmanlıdan bu əməliyytda isitfadə olunub. Adətən belə məmliyyatları MTN həyata keçirir. Təəssüf olsun ki, bu ölkədə millətə vəkillik etmək səlahiyyəti olanlar, həm də çirkin əməllərə alət olurlar./azadlıq/
1601 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
<