Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Fevral 2014

Milli Şura sədri jurnalistə qarşı təzyiqləri pislədi

“Xədicə İsmayılın istintaqa çağırılması cəmiyyəti qorxutmaq üçündür”

Milli Şuranın sədri Cəmil Həsənli araşdırmaçı jurnalist Xədicə İsmayılın istintaqa cəlb olunmasına etirazını bildirən yazı qələmə alıb. Cəmil Həsənlinin Facebook səhifəsində paylaşdığı yazını təqdim edirik:

“Xədicə İsmayılın prokurorluqda ifadə verməyə çağrılması yalnız araşdırmaçı jurnalistə qarşı deyil, bütövlükdə cəmiyyətə qarşı təhdid və qorxu yaratmaq məzmunu daşıyır. Burada hakimiyyət bir güllə ilə bir neçə dovşan vurmaq istəyir. Ölkədə insanların özünü yandırması tendensiyasının çoxalması hakimiyyət yetkililərinə gündəmi dəyişmək zərurətini tövsiyə edir. Cəmiyyətin diqqətini sosial problemindən cəsus qalmaqalına transfer etmək üçün rəsmi orqanlar bütün qeyri-rəsmi şəbəkəsini işə salmışdır.
Eynullanın “gömrükdən” aldığı sənəd gözlənilən effekti vermədi. Amerikalı “kəşfiyyatçıların Bakı əməliyyatında” çoxlu boşluqlar üzə çıxdı. Bu gülməcəni izləyənlərin ağlına birnci gələn odur ki, əcaba, Amerika Senatının məsul əməkdaşları gercəkdən kəşfiyyatçı idilərsə, nədən təhlükəsizlik orqanlarımız onların ölkəmizə belə rahat daxil olmasına biganə qalıblar. Hələ mən şəhpərini vətənimizin üzərinə çəkmiş peykimizi demirəm. Doğrudan da kəşfiyyatçılar bu asanlıqla sərhədlərimizi keçə bilirsə, o bahalıqda peykimiz göyün yeddinci qatında nə avaralanır?
Vaxtilə Xocalılı qadın hansı əzmkarlıqla Eynullanı Vətən xaini elan edib onun güllələnməsini tələb edirdisə, indi də keçmiş vicdanın “məhbusu” eyni əzmkarlıqla Xədicəni Vətən “xaini” çıxarmağa canfəşanlıq edir. İnsafən güllələnmə tələb etmir, yalnız o səbəbə ki, onsuz da Xədicəni güllələmək istəyənlərin çox olduğunu bilir. Eynullanın “Yeni Müsavat”dakı müsahibəsindən belə başa düşdüm ki, onun “gömrük arayışının” bir şeyə yaramamasından ciddi rəncidə olub.
Əvvəla belə bir sual meydana çıxır: gömrük orqanları niyə bu "mühüm" sənədi dövlətin təhlükəsizliyinə cavabdeh olan orqanlara deyil, məhz, sadəcə "jurnalist" funksiyasını yerinə yetirən Eynullaya təqdim etmişdir? Xədicə “dövlət sirri” ilə oynamaqla bir jurnalist kimi nəinki onun dəlilini heçə endirdi, hətta təhlükəsizlik orqanlarımızı da təhlükə qarşısında qoyub. Əgər dövlətin ali hüquq orqanı 4 ildir sosial şəbəkələrdə dolaşan yararsız bir kağız parçasını rəsmi sənəd sayıb onun əsasında araşdırma başlayırsa, onda gərək o sənədin məzmununa da rəsmi münasibət açıqlasın. Məsələn, prokurorluğun borcudur araşdırsın ki, nə səbəbə MTN yüksək vəzifəli əməkdaşları müxalifətin arasına nifaq salmaq, müxalifət partiyalarına qarşı qanunun qadağan etdiyi natəmiz üsullardan istifadə etmək, müxalifət təşkilatlarını izləmək və dövlətin resurslarını öz vətəndaşlarına qarşı istifadə etmək kimi qanunsuz yollara əl atılıblar. Əgər prokuroluq sənədi ciddiyə alıb onu “Dövlət sirri” hesab edirsə, birincisi, həmin sənədin həqiqi bir sənəd olub olmadığını araşdırmalı idi.
İkincisi və ən vacibi, izahat verilməli idi ki, 2010-cu ildə yayılmış bu "sirrə" 4 il ərzində bizim sirr qoruyanlarımız niyə biganə qalıblar? Digər tərəfdən öz ölkəsinin müxalifətinə qarşı qanunsuz əməllərə əl atmaq hansı meyarla “Dövlət sirri” sayılmalıdır. Bunun üçün “Dövlət sirri” haqqında qanuna dəyişiklik edilməli və müxalifət partiyalarına qarşı mübarizə rəsmi qaydada təhlükəsizlik orqanlarının funksiyalarına daxil edilməlidir. Onsuz da son on ildə Azərbaycan hakimiyyəti üçün təhlükəsizlik anlayışı müxalifətə qarşı mübarizədən keçir. Əks təqdirdə, 20 ildən artıq işğal altında olan ərazilərimizin heç olması 20 sotu azad edilməli idi”./azadlıq/
1533 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 08:12