Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Dekabr 2019

Şimali Koreyadan növbəti raket sınağı

Şimali Koreya Şohe kosmos poliqonunda əhəmiyyətli sınaq həyata keçirib.

Teleqraf.com xəbər verir ki, bu barədə Şimali Koreyanın rəsmi KCNA agentliyi məlumat yayıb.

Agentliyin xəbərinə görə, Şimali Koreya Müdafiə Elmləri Akademiyası ölkənin Şohe poliqonunda əhəmiyyətli sınaq həyata keçirib. Lakin sınağın detalları ilə bağlı açıqlama verilməyib.

Açıqlamada bildirilib ki, sınaqlarda əldə edilən müsbət nəticələr Şimali Koreyanın təhlükəsizliyinin gücləndirilməsi üçün istifadə olunacaq.

Şimali Koreya ötən həftə həmin poliqonda uzaq mənzilli raketini sınaqdan keçirmişdi.

Sınaqlar rəsmi Pxenyanın nüvə danışıqlarına yenidən başlamaq üçün Vaşinqtona təzyiqləri artırdığı bir vaxta təsadüf edir.
194 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP