Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Dekabr 2019

"Sarı jiletlilər" dayanmır: 57-ci həftə...

Fransada Emmanuel Makron hakimiyyətinə və benzinin bahalaşmasına qarşı keçirilən “Sarı jiletlilər” aksiyası 57-ci həftəsinə qədəm qoyub.

Paris küçələrində keçirilən etirazlarda təxminən 300 nəfər iştirak edib. Etirazçılardan biri polis tərəfindən saxlanılıb.

Etirazlar paralel olaraq ölkənin Nant və digər şəhərlərində də keçirilib.

Polis paytaxtın vacib simvollarından olan Şanzelize bulvarı, Notr-Dam kilsəsi, parlament və Yelisey sarayı ətrafında etirazlara qadağa qoyub.

Qeyd edək ki, “sarı jiletlilər” ilk dəfə ötən ilin 17 noyabrında etirazlara başlayıb. Etirazlar nəticəsində ümumilikdə 11 nəfər həlak olub, 4 min 250 nəfərdən çox insan yaralanıb, 12 min 361-dən çox şəxs saxlanılıb, 3 min 163 nəfər həbs edilib.
197 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
15.01.20, 09:05
ABŞ bazası yenə vuruldu
Go to TOP