Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Fevral 2014

İki azərbaycanlı bacı uşaqlarını da götürüb Suriyaya getdi…

İnanılmaz: iki azərbaycanlı bacı uşaqlarını da götürüb Suriyaya getdi…
Xaçmaz rayonunun Armudpadar kəndinin sakini olan iki bacı uşaqlarını da götürərək Suriyaya gedib.

Bunlar 1980-ci il təvəllüdlü Bəybalayeva Çiçək Eyyub qızı və onun kiçik bacısı, 1986-ci ildə anadan olmuş Hacıyeva Könül Eyyub qızıdır.

Suriyaya əvvəlcə Könül Hacıyeva həyat yoldaşı Taleh Hacıyevlə birgə gedib. Onlar gedərkən övladları - 2 yaşlı Seyid və 2 aylıq Xalidi də aparıblar. Daha sonra Könül bacısına zəng edərək Suriyaya gəlməsini məsləhət görüb. Bu zəngdən sonra Çiçək Bəybalayeva 15 yaşlı oğlu Nurlan və 13 yaşlı qızı Ayna ilə birlikdə Türkiyə üzərindən Suriyaya yollanıb. Hazırda hər iki bacı ailələri ilə birlikdə Hələbdədirlər. Bir neçə gün əvvəl Çiçək Bəybalayeva atasına zəng edərək Hələbdə olduğunu deyib./lentaz/
1482 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
Go to TOP