Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Fevral 2014

Ukraynada Leninin daha üç heykəli dağıdılıb

Ukraynada kütləvi aksiyaların iştirakçıları sutka ərzində Vladimir Leninin üç abidəsini uçurub-dağıdıblar.

RİA Novosti agentliyinin verdiyi xəbərə görə, fevralın 22-nə keçən gecə Dnepropetrovs şəhərində dünya proletariatının rəhbərinin heykəli aşırılıb.

Əvvəl isə etirazçılar tros və kəndirin köməyi ilə Leninin Poltava və Çerniqov şəhərlərindəki heykəllərini dağıtmağa müvəffəq olublar.

Xatırladaq ki, Ukraynanın sabiq baş naziri Nikolay Azarovun mətbuat katibi Vitali Lukyanenko Kiyevdə Leninin heykəlinin dağıdılmasını vəhşilik adlandırmışdı. "Abidələri təhqir etmək, dağıtmaq vəhşilikdir. Birinci hadisə Əfqanıstanda taliblərin Buddanın qaya üzərində qazılmış təsvirinə atəş açması ilə baş vermişdi. İkinci hadisə isə Avropanın mərkəzində, Kiyevdə oldu" – Lukyanenko qeyd etmişdi./apa/
1525 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
19.02.18, 19:12
Suriya ordusu Afrinə girir
18.02.18, 11:14
Yaşıl çay için
17.02.18, 16:42
Suriya ordusu Afrinə girdi
17.02.18, 09:43
“Vatsap”da yenilik
15.02.18, 12:08
Zil-qurba kimdir?
Go to TOP